AZ

Ermənistanın polis qvardiyasına yeni rəhbər təyin olundu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Ayk Babayan Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) polis qvardiyasının rəhbəri təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Müvafiq sərəncamı Ermənistanın daxili işlər naziri Arpin Sarkisyan imzalayıb.

Xatırladaq ki, oktyabrın 31-də Ayk Babayan ölkə prezidenti Vaaqn Xaçaturyanın əmri ilə polis qoşunlarının komandanı vəzifəsindən azad edilib. O, 2020-ci ilin noyabrından bu vəzifədə çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
oxu.az

3Mənbələr