AZ

Gecəylə Tehrana girdilər, heç kimin xəbəri olmadan götürüb çıxdılar

BAKI, 1 noyabr. TELEQRAF

“2015-ci ildə İranla nüvə sazişi (JCPOA) imzalanarkən, ABŞ-nin o zamankı prezidenti Barak Obamanı bunun təhlükəli olduğu barədə xəbərdar etmişdim”.

Teleqraf xəbər verir ki, bunu İsrailin kəşfiyyat xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Koen deyib.

Koen Obamaya sövdələşmənin təhlükəli olduğunu bildirəndə “Yossi, çox yanılırsan” cavabını alıb.

MOSSAD-ın keçmiş rəhbərinin sözlərinə görə, bu söhbət daha sonra prezident kimi ilk müddətində Donald Trampla da təkrarlanıb:

“Ona sövdələşmənin prinsip və praktikada ciddi səhv olduğunu söylədikdə, “Haqlısan, bu, tarixin ən pis razılaşmasıdır” cavabını verdi”.

Yossi Koen 2018-ci ildə İranın nüvə arxivini ələ keçirmək üçün MOSSAD-ın keçirdiyi əməliyyatı çox vacib hesab edib və bunun Donald Tramp dönəmində ABŞ-nin JCPOA-dan çıxmaq qərarına təsir etdiyini vurğulayıb.

Kəşfiyyatçı qeyd edib ki, 2018-ci il yanvarın 31-də soyuq, qarlı bir gecədə Tehranda 25 nəfərlik MOSSAD komandasının əməliyyatının canlı şahidi olub: “Hava soyuq və hamı evdə olanda MOSSAD-da bunu etməyi sevirik”.

Məlumata görə, həmin gecə İsrail kəşfiyyatçıları 55 000 səhifəlik məxfi sənədləri və 183 kompakt diski Təl-Əvivə aparıblar: “Sənədlər göstərdi ki, İran ABŞ və dünya gücləri ilə danışıqlar apararkən gizli şəkildə nüvə fəaliyyətlərini davam etdirir”.

Seçilən
24
teleqraf.com

1Mənbələr