BAKI, 1 noyabr. TELEQRAF
“Rusiya Ukraynadakı müharibənin maliyyələşdirilməsi ilə bağlı Avropa ölkələrindən kompensasiya tələb edə bilər”.
Teleqraf xəbər verir ki, bu fikri Finlandiyanın “Azadlıq Alyansı” Partiyasının üzvü Armand Mema səsləndirib.
“Bu müharibə tamamilə Qərb tərəfindən təşviq və təşkil olunub. Əslində, Minsk razılaşmalarına riayət olunsaydı, Rusiya Ukraynada əməliyyata başlamazdı. Buna görə də, hazırda Moskvanın Avropadan təxminən 200 milyard avro tələb etmək hüququ var, bu da ona qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi ilə bağlıdır”, - fin siyasətçi bildirib.
Mema əlavə edib ki, Avropa İttifaqının bu siyasətindən imtina edilməyincə, Ukraynada real sülh haqqında danışmaq mümkün olmayacaq.