AZ

Rəşad Cabirli: Türk dünyasının və Avrasiyanın gələcəyi əmin əllərdədir

Bakı, 1 noyabr, AZƏRTAC

Bu forum gənc ideyaların zirvəsidir. Türk dünyasının və Avrasiyanın gələcəyi əmin əllərdədir.

AZƏRTAC xəbər verir ki, bunu "Müsiad Azərbaycan" İctimai Birliyinin sədri Rəşad Cabirli Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.

R. Cabirli qeyd edib ki, dünya dəyişsə də, sahibkarlığın mahiyyəti eyni qalır: "Gənc odur ki, yenilik gətirir, dəyər yaradır. Azərbaycan və Türkiyə bu coğrafiyanın iki qardaş dayağıdır. Bu gün hər bir sahibkar iş adamı deyil, dəyər adamıdır. Birlikdə fikirdən dəyərə, dəyərdən gələcəyə doğru addımlamalıyıq".

Seçilən
39
azertag.az

1Mənbələr