AZ

Fərid Qayıbov: Azərbaycan və Özbəkistan arasında münasibətlər idman sahəsində yüksək səviyyədə inkişaf edir

Bakı, 1 noyabr, AZƏRTAC

İki ölkə arasında münasibətlər həm idman, həm digər sahələrdə yüksək səviyyədə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanla Özbəkistanın qadınlardan ibarət şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimində deyib.

O, ölkələr arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib: “Bu yaxınlarda Özbəkistanda səfərdə olmuşdum. Sevindirici haldır ki, idmanda çox irəliləyişlər əldə ediblər. İnanıram ki, əməkdaşlığımız sayəsində gələcəkdə qələbələrimiz daha çox olacaq”.

Qeyd edək ki, İspaniyanın Linares şəhərində keçiriləcək mundiala 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.

Seçilən
21
4
azertag.az

5Mənbələr