AZ

Məhsulların üzərindəki E kodlar nə deməkdir? - Alıcılara xəbərdarlıq

Mütəxəssislər qida qablaşdırmasındakı kiçik rəqəmlər nəzərə alınmaması mövzusunda xəbərdarlıq edir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu rəqəmlər məhsullarda istifadə olunan əlavələri təmsil edir və bəziləri ciddi uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.

Bir çox insan marketdə alış-veriş edərkən məhsullardakı kiçik hərf və rəqəm kombinasiyalarına diqqət yetirmir. Lakin, bu kodlar "E kodları" kimi tanınan əlavələri təmsil edir və qidanın tərkibi haqqında vacib məlumat verir.

Mütəxəssislərin fikrincə, E102 (tartrazin), E110 (sunset yellow) və E124 (ponceau 4R) kimi sintetik rəngləndiricilər, xüsusən də uşaqlarda hiperaktivliyə səbəb ola bilər. E250 (natrium nitrit) və E251 (natrium nitrat) kimi qatqılar tez-tez emal olunmuş ət məhsullarında istifadə olunur və həddindən artıq istehlak edildikdə xərçəng riski ilə əlaqələndirilir.

Marketlərdə satılan kolbasa, sosiska, sucuq və oxşar təkrar emal edilmiş məhsullarda tez-tez rast gəlinən E250 qidanın xarab olmasının qarşısını alan və rəngini qoruyan ümumi bir əlavədir. Qidalanma mütəxəssisləri E250-nin həddindən artıq istehlakının ciddi sağlamlıq riskləri yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

Mütəxəssislər istehlakçılara aşağıdakıları məsləhət görürlər:

Emal olunmuş ət məhsullarını mümkün qədər məhdudlaşdırın.
E-kodları yoxlamaq üçün məhsul etiketlərini oxuyun.
Təbii, qatqısız və təzə ət məhsulları seçin.

Qidalanma mütəxəssisləri hesab edir ki, alıcılar məhsul etiketlərini oxumağı vərdiş halına gətirməlidir:

"Qablaşdırmadakı kiçik rəqəmlər əhəmiyyətsiz görünsə də, əslində nə yediyiniz barədə ən vacib ipuculardır. Mümkün olduqda minimum tərkibli, qatqısız və təbii tərkibli məhsullar seçin."

Sağlam qidalanma üçün qablaşdırılmış qidalar əvəzinə təzə və təbii məhsullar seçmək tövsiyə olunur.

Billurə Yunus

Seçilən
29
1
olke.az

2Mənbələr