AZ

Azərbaycanın şəkər ixracı 47% artıb - RƏQƏMLƏR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 46,7 milyon ABŞ dolları dəyərində ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 14,9 milyon ABŞ dolları və ya 46,9% çoxdur.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 31,8 milyon ABŞ dolları dəyərində ağ şəkər ixrac edib.

Təkcə sentyabr ayında 7,2 milyon dollarlıq məhsul ixrac olunub ki, bu da illik 0,4 milyon dollar (5,9%) çoxdur.

Ötən ilin sentyabr ayında Azərbaycandan xarici ölkələrə 6,8 milyon ABŞ dolları dəyərində ağ şəkər ixrac edilib.

Seçilən
33
fed.az

1Mənbələr