AZ

Nyu York aeroportunda iki təyyarə toqquşdu

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nyu-Yorkun La-Quardiya hava limanında "United Airlines" şirkətinə məxsus iki təyyarə toqquşub.

Oxu.Az "New York Post" nəşrinə istinadən xəbər verir ki, hadisə reyslərin yubanmasına görə baş verib.

Uçuşların gecikməsinə səbəb kimi isə hava şəraitinin pisləşməsi və federal qurumların işinin dayandırılması ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı göstərilir.

"United Airlines"ın məlumatına görə, Orlandodan gələn sərnişin təyyarəsi Hyustona uçuş gözləyən başqa bir təyyarənin quyruq hissəsinə dəyib.

Bildirilir ki, 328 sərnişindən və 15 ekipaj üzvündən heç kim zərər görməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
oxu.az

3Mənbələr