AZ

Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olundu bilindi - Bu qədər cəza gözləyir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun nədə ittiham edildiyi məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham verilib.

Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini nəzərdə tutur. Toyuqlu pizza

Günahı sübuta yetirilərsə, V.Məmmədovu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, V.Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, V.Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
37
6
yenisabah.az

7Mənbələr