AZ

Rusiya Nikolayevə ballistik raketlərlə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərinə ballistik raketlərlə zərbə endirib, yaralılar var.

Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Nikolayev vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kimə istinadən məlumat yayıb.

"Nikolayevə raket zərbəsi nəticəsində yaralananlar var", - o qeyd edib.

Bildirilib ki, Dmitrovka kəndindəki atəş nəticəsində üç fərdi ev və bir çoxmənzilli bina, həmçinin elektrik şəbəkəsi xətti zədələnib.

"RBK-Ukrayna"nın məlumatına görə, hücumun digər detalları dəqiqləşdirilir.

Seçilən
33
2
moderator.az

3Mənbələr