AZ

Qusarda yeniyetmə avtoxuliqanlıq etdi - valideyni məsuliyyətə cəlb olundu - FOTO

Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan "Opel" markalı 38-BK-184 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 16 yaşlı  sürücüsü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, o, valideyni ilə birlikdə Polis Şöbəsinə dəvət olunub. Onlarla profilaktiki söhbətlər aparılıb və  toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Hər iki şəxsin barəsində qanunamüvafiq tədbir görülüb.

Seçilən
21
1
avtosfer.az

2Mənbələr