"Real Madrid"in baş məşqçisi Xabi Alonso Vinisius Juniorla bağlı yaranmış vəziyyətə münasibət bildirib.
Milli.Az xəbər verir ki, məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında Alonsonun bu açıqlamasını paylaşıb:
"Vinisius Junior cəzalandırılmayacaq. Məsələ artıq bağlanıb. Onun komandadan üzr istəməsi qüsursuz idi."
Xatırladaq ki, "Barselona" ilə keçirilən "El-Klasiko"da (2:1) 72-ci dəqiqədə əvəzlənən braziliyalı futbolçu Alonsonun qərarına əsəbləşərək, tunelə tərəf getmiş və baş məşqçisini tənqid etmişdi.
Hadisədən sonra mətbuatda Vinisius ilə Alonsonun münasibətlərinin gərginləşdiyi və futbolçunun klubdan ayrılmaq istədiyi barədə məlumatlar yayılmışdı.
Lakin Vinisius sosial şəbəkədə paylaşım edərək "Real Madrid" azarkeşlərindən, komanda yoldaşlarından və klub rəhbərliyindən üzr istəyib.
Hüseyn
Milli.Az