Tula vilayətinin Səhiyyə Nazirliyi Tulada baş verən ağır qəza nəticəsində ölənlərin sayının 5 nəfərə çatdığını açıqlayıb.
Doğru.az xəbər verir ki, agentliyin Telegram kanalının məlumatına görə, noyabrın 1-i səhər saat 9:00-a olan məlumata əsasən, 10 nəfər xəsarət alıb, onların müalicəsi regional tibb müəssisələrində davam etdirilir.
Xəsarət alanlardan dördünün vəziyyəti stabil, lakin ağır, altısının vəziyyəti isə orta ağır qiymətləndirilir. Nazirlik bildirib ki, “təəssüf ki, bir xəstə tibb işçilərinin səyinə baxmayaraq dünyasını dəyişib”.
Qəza oktyabrın 31-i səhər saatlarında baş verib: tramvay, iki mikroavtobus və minik avtomobili toqquşub. Əvvəlcə 4 nəfərin öldüyü və 21 nəfərin yaralandığı bildirilmişdi.
DOĞRU.AZ