AZ

Trampın oğlu Ermənistana gedir

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp noyabrın 12-si Ermənistana səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Bildirilib ki, səfərin əsas məqsədi biznes maraqları və hakimiyyət dairələrinin müxtəlif nümayəndələri ilə görüşlərdir.

Ehtimal olunur ki, səfəri ABŞ-nin Ermənistandakı səfiri Narek Mkrtçyan təşkil edib.

D.Trampın ölkənin Baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.

qafqazinfo.az

Seçilən
17
2
hurriyyet.az

10Mənbələr