Rusiya və Azərbaycan iki ölkə arasında yük daşımalarını asanlaşdırmaq üçün elektron yük qaiməsi (e-CMR) üzrə pilot layihəni həyaat keçirməyə hazırlaşırlar.
FED.az xəbər verir ki, e-CMR-dən istifadə sərhəd keçid əməliyyatlarını daha sürətli həyata keçirməyə imkan verir və kağız yük qaimələri ilə müqayisədə xərcləri azaldır.
Rusiyanın nəqliyyat qurumu - Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğunun nümayəndəsi Nataliya Zadonskayanın sözlərinə görə, Rusiya və Azərbaycan elektron yük qaimələrinin istifadəsi üzrə pilot layihə üzərində işləyirlər.
Rəsmi Bakı Azərbaycan üzərindən Ermənistana yük daşınmasına - İCAZƏ VERDİ
"Biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün ölkələri ilə işləyirik. Azərbaycanla, xüsusilə də, e-CMR (elektron beynəlxalq yük qaiməsi – TASS) tətbiqi üzrə pilot layihə hazırlayırıq. Azərbaycan da elektron icazələrin tətbiqinə təkan verir. İnanıram ki, Rusiya Federasiyası bununla bağlı cavab verəcək və bu işi davam etdirəcək", - o, beynəlxalq Xəzər Rəqəmsal Forumunda deyib.
E-CMR beynəlxalq yük qaiməsi yükü göndərən, daşıyıcı və alıcı arasında bağlanmış üçtərəfli müqaviləni təsdiq edir. Elektron sənəddən istifadə sərhədi keçmə prosedurlarını sürətləndirir və kağız yük qaiməsinin verilməsi ilə müqayisədə xərcləri azaldır.