AZ

Şərqi Zəngəzurun möcüzəsi: Laçının Kapadokiyası (FOTO)

Bakı. Trend:

Şərqi Zəngəzurun incisi sayılan Laçın rayonu, təbiətinin zənginliyivə əzəməti ilə həmişə seçilib. Mirik kəndinin ətrafındakı relyefisə bu zənginliyin ən heyrətamiz nümunələrindən biridir. Buradavulkanik süxurlar min illər boyu sürən eroziya prosesi nəticəsindəqeyri-adi formalar alaraq, yerlə göy arasında səssiz bir dialoqyaradıb.

Trend xəbərverir ki, bu barədə Qarabağ Regional Turizm İdarəsi məlumatyayıb.

Bildirilib ki, bu ərazidəki konusvari qayalar, qaya göbələklərivə tək dayanan sütunlar o qədər fərqli və gözəl bir mənzərə təqdimedir ki, bu, ziyarətçiləri valeh edir. Hər bir qaya parçasıtəbiətin özünün yaratdığı böyük bir sənət əsəridir.

Bu geoloji formasiyaların bənzərsizliyi təkcə onların formasındadeyil, həm də daşıdıqları tarixi izlərdədir. Qayaların içərisindəinsana məxsus izlər – oyuqlar və mağara girişləri mövcuddur. Bu daMirik ətrafındakı qaya massivlərinin sadəcə təbiət abidəsi deyil,həm də qədim dövrlərdə yerli əhalinin yaşayış məskəni kimi xidmətetdiyini göstərir.

Mirik kəndindəki bu unikal təbiət abidəsi, oxşar geoloji şərtləraltında formalaşmış Türkiyənin Kapadokiya bölgəsinin məşhurmənzərələrini xatırladır. Bu bənzərlik Mirik kəndini bütün regionüçün yeni və iddialı bir turizm marşrutu halına gətirmək kimi böyükbir potensialına malikdir. Bu, təkcə yerli deyil, beynəlxalqturistləri də Laçının tarix və təbiət gözəlliyini kəşf etməyəruhlandıracaq.

Mirik kəndindəki bu möhtəşəm abidələr, işğaldan azad edilmişLaçın rayonunun turizm potensialının nə qədər zəngin olduğunugöstərən ən parlaq sübutdur. Bu ərazi, təbiət aşiqi olan turistlər,ekoturizm həvəskarları və tarixi tədqiqatçılar üçün böyük maraqkəsb edir. Əlavə olaraq, mineral bulağın bu əraziyə yaxınlığı Mirikkəndinin turizm dəyərini daha da artırır və buraya gələn qonaqlarüçün təbiət, tarix və sağlamlıq marşrutlarını birləşdirməklə,müxtəlif turizm növlərinin inkişafına əsaslı zəmin yaradır. Mirikkəndi gələcəkdə trekkinq, foto-turizm, sağlamlıq turizmi vətarixi-arxeoloji səyahətlər mərkəzi kimi inkişaf etdiriləbilər.

Laçın rayonu Mirik kəndinin qaya abidələri Azərbaycanın turizmimkanlarına yeni bir səhifə açır, Qarabağ və Şərqi Zəngəzurunzəngin irsini bir daha dünyaya nümayiş etdirir. Bu bənzərsiz məkan,gələcək nəsillər üçün qorunmalı və tanıdılmalıdır.

Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Şərqi
Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr