AZ

İran XİN başçısı Trampı “nüvə zorbası” adlandırdı – ÖZƏL

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampı "nüvə zorbası" adlandırıb. O, Trampın nüvə silahı sınaqlarına başlamaq qərarını "geriyə addım", "məsuliyyətsiz" və "beynəlxalq təhlükəsizliyə təhdid" kimi qiymətləndirib.

Olaylar.az xəbər verir ki, Əraqçi X sosial şəbəkəsində yazıb: "Müdafiə Nazirliyini "Müharibə Nazirliyi" adlandıran nüvə zorbası yenidən atom silahı sınaqlarına başlayır. Həmin zorba eyni zamanda İranın dinc nüvə proqramını demonizə edir və MAQATE-nin nəzarətində olan obyektlərə yeni hücumlarla hədələyir, bu isə beynəlxalq hüququn kobud pozuntusudur."

Qeyd edək ki, Donald Tramp cümə axşamı bəyan edib ki, ABŞ digər ölkələr kimi "bərabər şərtlərdə" nüvə sınaqları keçirəcək və bu proses dərhal başlayacaq. ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Tom Kotton isə sınaqların kiçik yeraltı partlayışlar şəklində keçirilə biləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr