AZ

Ukrayna müxalifəti Zelenskiyə qarşı hərəkətə keçdi

BAKI, 1 noyabr. TELEQRAF

Ukrayna müxalifəti Prezident Volodimir Zelenskini elektrik enerjisinin uzunmüddətli kəsintiləri ilə əlaqədar ölkənin təhlükəsizliyini pozmaqda ittiham etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico Europe” məlumat verib.

“Müxalifət Zelenskini Ukraynanı zəiflətməkdə ittiham etməyə və onun elektrik enerjisinin uzunmüddətli kəsilməsinin qarşısını almaq üçün əvvəlcədən ehtiyat tədbirləri görməli olduğunu bəyan etməyə hazırlaşır”, - nəşr Ukrayna mənbələrinə istinadla bildirib.

Mənbə qeyd edib ki, Volodimir Zelenski müxalifəti qorxutmaq və tənqidi yatırmaq üçün təzyiqə başlayıb. Məqalədə vurğulanıb ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və “Ukrenerqo” enerji şirkətinin keçmiş rəhbəri Vladimir Kudritskiyə qarşı cinayət işi Zelenskinin tənqidçilərinə qarşı təzyiqi nümayiş etdirir.

Ukraynanın energetika naziri Svitlana Qrinçuk vəziyyəti son dərəcə kritik adlandırıb. Nazir elektrik nerjisinin verilməsində yaranan problemləri Rusiyanın infrastruktura məqsədyönlü zərbələri və ya hücumları ilə əlaqələndirib.

Seçilən
45
teleqraf.com

1Mənbələr