Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiyanın Saratov şəhərində avtoxuliqanlıq edən azərbaycanlıya cinayət işi açılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şexurdina küçəsində günorta saatlarında baş verib. 27 yaşlı kişi üzərində Azərbaycan Respublikasının bayraqları quraşdırılan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toy kortejinin tərkibində hərəkət edərkən, xuliqanlıq niyyəti ilə digər yol hərəkəti iştirakçılarının nəqliyyat vasitələrindən təhlükəsiz istifadə etməsinə təhlükə yaradan hərəkətlər edib.
O, avtomobili “iki təkər” qaldırıb, qarşı hərəkət zolağına çıxıb və orada hərəkət edən digər avtomobillərin yoluna çıxıb.
Faktla bağlı Cinayət işi açılıb. Hazırda iş məhkəməyə göndərilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.