AZ

Əmlak bazarında ucuz mənzil dalğası: qiymətlər düşəcəkmi? - RƏY

Bakı.Trend:

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyisosial mənzil layihələri çərçivəsində bir neçə yaşayış kompleksindəmənzillərin güzəştlə satışı həyata keçiriləcək. Belə ki, HövsanYaşayış Kompleksinin birinci və ikinci mərhələləri, SumqayıtYaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi YaşayışKompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksiüzrə mənzillər güzəştli şərtlərlə satışa çıxarılacaq. Mənzillərinseçimi “Elektron hökumət” portalı üzərindən fəaliyyət göstərən“Güzəştli Mənzil” sistemi vasitəsilə aparılacaq. Belə ki, satışprosesi 9 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 12 dekabr2025-ci il saat 11:00-da başa çatacaq. Bu müddət ərzində güzəştlimənzil əldə etmək hüququ olan vətəndaşlar sistemə daxil olaraqmənzil seçimi edə biləcəklər. Layihələr çərçivəsində inşa edilənyaşayış kompleksləri müasir standartlara cavab verir, sosialinfrastruktur obyektləri, istirahət zonaları və abadlıq işləri ilətəmin olunur. Bu təşəbbüs vətəndaşların mənzil şəraitininyaxşılaşdırılmasına və sosial rifahın artırılmasına yönəlib.

Bəs, bu mənzillərin satışa çıxarılması əmlakbazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlıdeyib ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışaçıxarılan mənzillərin daşınmaz əmlak bazarına, xüsusilə də mənzilbazarına ciddi təsiri mümkün deyil.

O qeyd edib ki, bu mənzillərin sayı ümumi mənzil bazarı iləmüqayisədə olduqca azdır və ümumi dövriyyənin hətta bir faizinibelə təşkil etmir.

"Buna görə də, onların qiymətlərə və bazar göstəricilərinəəhəmiyyətli təsir göstərməsi real deyil. Bu mənzillərin ən azı üçildən əvvəl bazar dövriyyəsinə qayıtması mümkün deyil, çünkialıcılar həmin mənzilləri ilkin mərhələdə kreditlə əldə edirlər vəkredit öhdəlikləri tam başa çatmadan satış həyata keçirilə bilməz.Yalnız müqavilə şərtləri tam yerinə yetirildikdən sonra bumənzillər yenidən bazara çıxarıla bilər", - elspert əlavə edib.

Onun sözlərinə görə, hətta bu mənzillər üç ildən sonra bazaraqaytarılsa belə, artıq onlar əvvəlki kimi dövlət güzəştləri ilədeyil, mülkiyyətçilər tərəfindən mövcud bazar şərtlərinə uyğunqiymətlərlə satışa çıxarılacaq.

“Bu səbəbdən hesab edirəm ki, həmin mənzillərin ümumi mənzilbazarına qiymət baxımından hər hansı təsiri gözlənilmir”, – deyəekspert vurğulayıb.

Əmlak eksperti Elnur Azadov isə Trend-ə açıqlamasında bildirib ki, Bakışəhərinin ümumi daşınmaz əmlak fondu baxımından bu cür satışlarınbaş verməsi və əlavə əmlakın bazara daxil olması əmlak bazarınaəhəmiyyətli təsir göstərmir.

“Bu satışlar ümumi bazar dövriyyəsi ilə müqayisədə çox kiçikhəcmə malikdir. Üstəlik, böyük tələbat olduğuna görə bu mənzillərbazarda uzun müddət qalmır və qısa zaman ərzində satılır. Buvəziyyət əsasən Bakı, Abşeron və Gəncə şəhərlərinə aiddir”, – deyəekspert bildirib.

Onun sözlərinə görə, regionlarda bu cür əmlaklara olan tələbatxeyli aşağıdır və nəticə etibarilə satış aktivliyi zəif müşahidəolunur.

“Məsələn, regionlarda əmlak qiymətləri daha ucuz və əlçatanolduğundan, alıcılar – xüsusilə az təminatlı ailələr – ipoteka ilə100 min manat və ya daha yüksək məbləğdə mənzil almaqdansa, kiçiktorpaq sahəsi əldə edib uzun müddət ərzində şəxsi vəsaitləri və yakiçikhəcmli kreditlər hesabına öz evlərini tikirlər. Daha sonra isəmərhələli şəkildə təmir və abadlıq işlərini tamamlayırlar”, –ekspert qeyd edib.

Ekspert əlavə edib ki, bu üsul alıcılar üçün həm daha rahat, həmdə daha sərfəlidir. Belə ki, bu yolla onlar iri məbləğli ipotekakreditlərinin yaratdığı ağır maliyyə yükündən yayınmış olurlar.

Seçilən
22
3
az.trend.az

4Mənbələr