AZ

MKİ şefinin Brüsselə gizli səfəri: AB narahatdır

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının qeyri-sabit xarici siyasəti Avropa ölkələrinin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq imkanlarına olan inamını sarsıdıb.

Axar.az xəbər verir ki, bunu “Politiko” qəzeti məxfi mənbələrə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, MKİ direktoru Con Retklif gizli səfərlə Brüsselə gedib. O, Avropa Birliyinin rəsmiləri ilə görüşərək kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışıb.

Qeyd olunub ki, bəzi AB ölkələri Tramp dövründə ABŞ-ın xarici siyasətinin istiqamətindən narahatdırlar. Onlar üçün problem Tramp administrasiyasının siyasətində gözlənilməz dəyişikliklər olub.

Son olaraq, bundan əvvəl MKİ-nin sabiq əməkdaşı Larri Conson Avropa ölkələrinin müharibəyə hazır olmadığını, buna baxmayaraq, Rusiya ilə qarşıdurmanı alovlandırmağa davam etdiklərini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
axar.az

1Mənbələr