AZ

Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlama: Bu, dünyanın sonu deməkdir

BAKI, 1 noyabr. TELEQRAF

“Üçüncü Dünya müharibəsi artıq çoxdan başlayıb, dünya nüvə müharibəsinin astanasındadır”.

Teleqraf xəbər verir ki, bunu Serbiyanın sabiq baş nazir müavini Aleksandr Vulin deyib.

Onun fikrincə, Üçüncü Dünya müharibəsi Almaniyanın birləşməsi və İkinci Dünya müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsi ilə başlayıb. Vulin hesab edir ki, Qərb ölkələrinin siyasəti dünyanı nüvə müharibəsinin astanasına gətirib, çoxdan davam edən Üçüncü Dünya müharibəsinin deyil, məhz nüvə müharibəsinin.

Belə bir şəraitdə siyasətçi sürətli şəkildə razılığa gəlməyə, birqütblü dünya nizamının sona çatdığını qəbul etməyə və yeni müqavilə imzalamağa çağırıb. Onun sözlərinə görə, yeni müqavilə heç olmasa 50 il dinc həyat və ya müharibələrsiz bir dövr təmin edə bilər.

Vulin həmçinin ABŞ Prezidenti Donald Trampın nüvə sınaqları ilə bağlı sözlərini də şərh edərək söyləyib ki, Rusiyanı nüvə silahı ilə qorxutmaq təhlükəlidir: “Rusiyanı nüvə silahı ilə qorxutmaq o qədər də ağıllı deyil. Rusiyanın nüvə potensialına cavab vermək, sivilizasiyanın sonu olardı”.

Seçilən
24
teleqraf.com

1Mənbələr