AZ

Milyonlarla turistin Halloween üçün axın etdiyi ən qorxulu 10 yer (FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Hellouin (Halloween) zamanı ya həyəcan dolu təcrübələr axtaran, ya da onlardan uzaq olmaq istəyən turistlər üçün dünyanın ən qorxulu yerlərinin reytinqi dərc edilib.

Qaynarinfo xəbər verir ki, "Ghost Tours"un məlumatına görə, böyüklərin 41 faizi ruhların varlığına inanır və hər beş nəfərdən biri həyatında ən azı bir dəfə "paranormal” bir hadisənin şahidi olub.

SpinBlitz şirkəti dünyanın ən qaranlıq və sirli 10 yerini müəyyən etmək üçün yeni sorğu keçirib.

Tədqiqatda "Lonely Planet", "Trip.com" və "Conde Nast Traveller" kimi turist resurslarından alınan məlumatlar, səyahətçi rəyləri, əfsanələr və ruhların görünməsi ilə bağlı sənədləşdirilmiş hallara əsaslanaraq, dünyada ən məşhur ruhlu yerlər seçilib.

Ən qorxulu yerlər siyahısı:

1. Seylem, Massaçusets, ABŞ

Seylem şəhəri dünyada ən çox ruh olan yer kimi tanınır. "Ruhların cəlbediciliyi” üzrə 5 ballıq sistemdə 4,9 bal alıb.

1642-ci ildə cadugər məhkəmələri ilə məşhur olan bu şəhər hər il oktyabrda bir milyondan çox turisti cəlb edir. 2024-cü ildə Halloween zamanı Seylem küçələrində rekord 87 500 insan iştirak edib ki, bu da bir il əvvələ nisbətən 37% çoxdur.

"SpinBlitz" yazır: "Cadugər evi və Seylem Cadugər Məhkəməsi Memorialı kimi yerlər qorxulu enerji ilə doludur, titrəyən işıqlar və limandan gələn duman film üçün mükəmməl fon yaradır.”

2. Korvinlər Qalası, Rumıniya

Seylemdən sonra 4,9 bal ilə Korvinlər Qalası gəlir. Rumıniyanın Hunedoara şəhərində yerləşən bu qotik qala, bir zamanlar Vlad Tepesin həbs olunduğu yer, hər il təxminən 275 000 ziyarətçini cəlb edir. Oktyabr ən aktiv aydır.

Ziyarətçilər və paranormal hadisələri tədqiq edənlər qalada ani temperatür düşüşləri və anlaşılmaz pıçıltılar müşahidə ediblər.

3. Lizzi Borden Evi, Massaçusets, ABŞ

Fall-River şəhərindəki Lizzi Borden Evi üçüncü yerdədir (4,8 bal). Bu məşhur cütqatlı qətl yerinə minlərlə turist gəlir və gecələyir.

1892-ci il avqustun 4-də Lizzi Bordenin atası və nənəsi baltayla qətlə yetirilmişdi. Lizzi bu qətllərdə təqsirli bilinmədi, əsl qatili isə tapılmadı. 

"SpinBlitz"in məlumatına görə, araşdırmaların 70%-də xüsusilə qətlin baş verdiyi otaqda anlaşılmaz səslər qeydə alınıb.

4. Xaçlar dağı, Litva

4-cü yerdə Litvadakı Xaçlar dağı (4,7 bal) yer alıb. Bu ziyarətgahda 200 000-dən çox xaç var. Yerli sakinlər gecə vaxtı sirli işıqlar və ruhlar gördüklərini bildirirlər.

Əfsanələrə görə, burada fırtına nəticəsində dağılan kilsənin keşişlərinin ruhları və 1348-ci ildə döyüşdə həlak olmuş pagan döyüşçülərin ruhları yaşayır. Atmosfer mistik və ruhani, amma qorxulu deyil.

5. London Qalası (Tower), İngiltərə

London Qalası ilk beşliyə daxil olub (4,6 bal). Buraya ildə 3 milyon turist gəlir və 200-dən çox ruh görünməsi halları sənədləşdirilib.

1078-ci ildə tikilən qala əvvəllər həbsxana olub və burada edam olunmuş 13 məhbusun ruhlarının yaşadığı əfsanəsi ilə məşhurdur.

Dünyanın ən məşhur "ruhlu" yerləri

1. Seylem, Massaçusets, ABŞ (4,9/5)

2. Korvinlər Qalası, Rumıniya (4,9/5)

3. Lizzi Borden Evi, Massaçusets, ABŞ (4,8/5)

4. Xaçlar dağı, Litva (4,7/5)

5. London Qalası, İngiltərə (4,6/5)

6. Şərq Dövlət Həbsxanası, Pensilvaniya, ABŞ (4,6/5)

7. Edinburq Qalası, Şotlandiya (4,4/5)

8. Çarleville Qalası, İrlandiya (4,4/5)

9. Banff Sprinqs Oteli, Kanada (4,4/5)

10. Aokiqahara Meşəsi, Yaponiya (4,3/5)

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
qaynarinfo.az

1Mənbələr