AZ

“İvanişvilinin məqsədi Gürcüstanda demokrasiyanı məhv etməkdir” – Kupradze – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının baş katibi İrakli Kupradze bildirib ki, Bidzina İvanişvilinin əsas məqsədi ölkədə demokrasiyanı məhv etməkdir. Onun sözlərinə görə, İvanişvili bunu seçkilərdən əvvəl də elan etmiş və konstitusion çoxluq əldə edərək Qərbyönümlü müxalifət partiyalarını, o cümlədən "Lelo"nu qadağan etməyi planlaşdırmışdı.

Kupradze qeyd edib ki, hakim "Gürcü Arzusu" partiyası "Lelo"nu parlamentdə iştirak etmədiyinə görə qadağan etmək istəyir, lakin bu, əsassız və gülünc arqumentdir. "Bizim gündəmimiz vətəndaşların maraqları və hakimiyyətin dəyişməsi uğrunda mübarizədir, bu isə qaçılmazdır," - deyə o vurğulayıb.

Qeyd edək ki, "Gürcü Arzusu" Konstitusiya Məhkəməsinə müraciət edərək üç partiyanın - "Milli Hərəkat", "Dəyişikliklər Uğrunda Koalisiya" və "Lelo - Güclü Gürcüstan"ın - qadağan edilməsini tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr