BAKI, 1 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasının X turunun növbəti oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Zirə”ni qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Hazırda Azər Həşimovun kollektivi 5 xalla turnir cədvəlində 11-ci, Rəşad Sadıqovun komandası isə 16 xalla üçüncü pillədə qərarlaşıb.
Günün digər oyunu isə “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək. “Palms Sport Arena”da baş tutacaq qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Samir Abasovun komandası hazırda 12 xalla 8-ci, Azər Bağırovun kollektivi isə 3 xalla sonuncu pillədə yer alır.
Azərbaycan Premyer Liqası
X tur
1 noyabr
14:00. “Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu
17:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sport Arena”
Qeyd edək ki, turun dünən baş tutan qarşılaşmasında “Qarabağ” evdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Tura noyabrın 3-də başa yekun vurulacaq.