AZ

APEC liderləri regionun “qırılma mərhələsi”ndə olduğunu açıqladı

BAKI, 1 noyabr. TELEQRAF

Asiya-Sakit Okean regionu qırılma mərhələsini yaşayır və iqtisadi artımın təmin edilməsi üçün konkret tədbirlər görülməlidir.

Teleqraf xəbər verir ki, bu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) liderlərinin qəbul etdiyi bəyannamədə vurğulanıb.

Sənəddə qlobal ticarət sisteminin hələ də problemlərlə üzləşdiyi, süni intellekt kimi sürətlə inkişaf edən texnologiyaların və demoqrafik dəyişikliklərin əmək bazarına və region iqtisadiyyatına uzunmüddətli təsir göstərdiyi qeyd olunub.

APEC liderləri forumun “ideya fabriki” rolunu vurğulayıb və 2040-cı ilə qədər inkişafın Putradcay istiqamətləri ilə regionda açıq, dinamik, davamlı və sülhsevər Asiya-Sakit Okean icması yaratmağa sadiqliklərini təsdiqləyiblər.

Bildirilir ki, bəyannamənin əsas məqsədi region xalqlarının və gələcək nəsillərin rifahı üçün iqtisadi artımı təmin etməkdir.

Seçilən
29
teleqraf.com

1Mənbələr