AZ

Luvr oğruları tutulub – Saxlanma yeri təəccübləndirir

Luvr muzeyinin zinət əşyaları oğruları... futbol matçı üçün növbədə durarkən tutulub.

Musavat.com xəbər verir ki, məlumatı Fransa mediası yayıb. Bildirilir ki, təhlükəsizlik xidmətləri təxminən iki həftə əvvəl Luvrdakı Apollo Qalereyasında baş verən soyğunçuluqda şübhəli bilinən beş yeni şübhəlini həbs edib.

Dörd şübhəli Paris FK-Lion matçına girmək üçün "sakitcə azarkeş növbəsində" gözləyərkən həbs edilib. Beşinci şübhəli daha sonra saxlanılıb.

Paris prokuroru Laura Bekko saxlanılanlardan birinin cinayət yerində DNT izləri tapıldığı üçün müstəntiqlərin "radarında" olduğunu açıqlayıb. Onun soyğunçuların cinayətdən qaçmaq üçün istifadə etdikləri skuterlərdən birini idarə etdiyi güman edilir.

Şübhəlilərin əksəriyyəti "xırda cinayətkarlar"dır. 88 milyon avro dəyərində olduğu təxmin edilən oğurlanmış zinət əşyaları hələ də tapılmayıb.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr