İspaniya La Liqasında 11-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə bir oyun baş tutub.
Dörd günü əhatə edəcək turun açılış oyununda “Xetafe” evdə “Jirona” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal üstünlüyü ilə nəticələnib.
"Xetafe" bu qələbə sayəsində xallarını 17-yə çatdıraraq 6-cı yerə yüksəlib. 11 oyunda cəmi 7 xal toplayan "Jirona" isə sonuncu pillədə qalıb.
İspaniya La Liqası
11-ci tur
31 oktyabr
Xetafe – Jirona 2:1
Qollar: Martin, 72. Mayoral, 86 – Stuani, 90+4-pen.
1 noyabr
17:00. Vilyarreal – Rayo Valyekano
19:15. Atletiko Madrid – Sevilya
21:30. Real Sosyedad – Atletik
00:00. Real Madrid – Valensiya
2 noyabr
17:00. Levante – Selta
19:15. Alaves – Espanyol
21:30. Barselona – Elçe
00:00. Betis – Malyorka
3 noyabr
00:00. Real Ovyedo – Osasuna