Bakı. Trend:
Avropada qazın orta qiyməti sentyabr ayı ilə müqayisədə oktyabrayında 2 faiz azalaraq 1000 kubmetr üçün təxminən 385 dollara düşübvə illik müqayisədə təxminən 16 faiz artıb.
Trend-in məlumatına görə, bu barədə Londonun "ICE" birjasındanbildirilib.
Məlumata əsasən, Avropa hablarında qazın qiyməti ötən payızartmağa başlayıb və bu ilin birinci rübündə min kubmetr üçün 509dollara, ikinci rübdə 420 dollara və üçüncü rübdə 399 dollaraçatıb. Ümumilikdə, yanvar-oktyabr ayları ərzində kotirovkalar ötənilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 437 dollaraçatıb.
Sentyabrın 30-da qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 380dollardan ticarət olunsa da, oktyabrın 31-də ticarət 372 dollardanbağlanıb ki, bu da ötən ayın sonundan 2 faiz aşağıdır.