AZ

Trinidad və Tobaqo ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Venesuela yaxınlığında yerləşən ada dövləti olan Trinidad və Tobaqonun Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, hərbi personal və sahil mühafizəsi zabitləri hərbi bazalara getməli olublar.

Musavat.com xəbər verir ki, məlumatı yerli qəzet olan "Daily Trinidad Express” yayıb.

Qəzet hərbi personal üçün göndərilən bir memoranduma istinad edərək bunun təlim olmadığını qeyd edib. Həmçinin qoşunlara "mümkün karantinə hazırlaşmaq" tövsiyə olunub. Yüksək vəzifəli mənbələr nəşrə bildiriblər ki, bu "ehtiyat tədbiri müdafiə qüvvələrini potensial regional və ya milli təhdidlərə cavab vermək üçün yüksək hazırlıq vəziyyətinə gətirir".

Bundan əvvəl "The Washington Post" ABŞ ordusunun Karib dənizində narkotik qaçaqmalçılığına qarşı elan etdiyi müharibənin bir hissəsi olaraq narkotik qaçaqmalçılarını daşıdığı iddia edilən ən azı doqquz qayığı məhv etdiyini və 60-dan çox insanın öldürüldüyünü yazıb. Qəzetin qeyd etdiyinə görə, bu hücumların ən azı yarısı Venesuela ilə Trinidad və Tobaqo arasındakı sularda baş verib.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr