Pomidor şirəsi xüsusilə də kişilər üçün olduqca faydalıdır.
Publika.az xəbər verir ki, bu barədə həkim-nutrisionist Yekaterina Quzman "Gazeta.Ru"ya danışıb.
Həkimin sözlərinə görə, xüsusən də 40 yaşdan yuxarı olan kişilər pomidor şirəsindən bol miqdarda istifadə etməlidirlər.
Pomidor şirəsi qan təzyiqini normallaşdırır və ürək tutması riskini azaldır. Bu qida tərkibindəki likopen sayəsində iltihabı və şişkinliyi aradan qaldırır, həmçinin ürək-damar xəstəlikləri riskini minimuma endirir.
"Qırmızı pomidorların tərkibində hüceyrələri yaşlanmadan, iltihabdan və digər mənfi təsirlərdən qoruyan antioksidant olan likopen var. Bu, müəyyən xərçəng növlərinə, xüsusilə də kişilərin qorxulu yuxusu olan prostat xərçənginə tutulmaq riskini azaldır. Bir stəkan pomidor şirəsinin tərkibində təxminən 20 mq C vitamini, bəzi B vitaminləri, kalium və maqnezium var", - deyə həkim bildirib.