AZ

Tramp: ABŞ-də şatdaun səbəbindən amerikalılar ərzaq talonlarından məhrum qala bilər

BAKI, 01 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hökumətin fəaliyyətinin dayanması (şatdaun) səbəbindən amerikalıların ərzaq talonlarını vaxtında ala bilməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında yazıb.

O qeyd edib ki, vəziyyətin qarşısını almaq üçün Ağ Ev hüquqşünaslarına məhkəmədən qanuni yolla ərzaq yardımı proqramının maliyyələşdirilməsini davam etdirmək imkanlarını aydınlaşdırmağı tapşırıb.

“Amerikalıların aclıq çəkməsini istəmirəm, sadəcə radikal demokratlar düzgün addım atmaqdan imtina edirlər”, — deyə o qeyd edib.

Daha əvvəl xəbər verilmişdi ki, ABŞ-də noyabrdan etibarən şatdaun səbəbindən ərzaq talonlarının paylanması dayandırılacaq.

Seçilən
67
teleqraf.com

1Mənbələr