AZ

Bakıda tarixi kitabın təqdimatı oldu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıdakı Xəzər Universitetində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə nəşr olunmuş "Birinci dünya müharibəsi zamanı Nargindəki Osmanlı əsirləri. Azərbaycan türklərinin əsirlərə yardımı" adlı kitabın təqdimatı keçirilib.

Oxu.Az TRT-yə istinadən xəbər verir ki, təqdimat mərasimində TİKA prezidenti Abdullah Eren, Xəzər Universiteti Himayəçilər Şurasının sədri professor Hamlet İsaxanlı, akademiklər və tələbələr iştirak ediblər.

Xəzər Universitetinin müəllimi, dosent Telman Nüsrətoğlunun redaktorluğu ilə yazılmış kitab Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan arxivlərində aparılan tədqiqatların nəticəsidir. Buraya həmin dövrə aid arxiv sənədləri, fotoşəkillər və qəzet məqalələri daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
oxu.az

1Mənbələr