ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"SpaceX" şirkəti hər il orbitə təxminən bütün digər şirkətlərin və agentliklərin əməliyyat peyklərinin toplam sayı qədər peyk buraxır.
Oxu.Az xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask X sosial media platformasında yazıb.
Məlumata görə, 2025-ci ilin oktyabr ayının sonuna qədər "SpaceX" 138 buraxılış həyata keçirib. Buraxılan "Starlink" peyklərinin sayı 2500-ü keçib və bu, şirkət üçün yeni rekord olub.
Beləliklə, 2025-ci ilin sonuna qədər "Starlink" tarixdə ən böyük peyk şəbəkəsinə çevriləcək və orbitə çıxarılan peyklərin sayında şəriksiz lider olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.