futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Sumqayıt” basketbol klubunun baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasında “Sərhədçi”yə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis 84:80 hesabıyla qalib gəldikləri matçla bağlı bunları deyib:
“Komandamızı, doğma şəhərimizi və azarkeşlərimizi təbrik edirəm. Burada mövsümdə ilk oyunumuzu keçirdik və əla qələbə ilə azarkeşlərimizi sevindirdik. Mənim uşaqlarım bu gün qəhrəmanlıq göstərdilər. Nəzərə alaq ki, biz meydanda cəmi 3 amerikalı ilə mübarizə apardıq. Hələki müəyyən səbəblərdən 4-cünü gətirə bilmirik. Yeni legionerin gəlişi ilə komandamızın səviyyəsi daha da yüksələcək. Əslində, biz ötən mövsümə də uğursuz başlamışdıq. Heyəti dəyişdikdən sonra özümüzə gəldik. O ki qaldı, texniki fol alaraq meydandan kənarlaşdırırılan Keon Klerqota, o, sadəcə qələbə qazanacağımızı hiss edəndən sonra bir qədər emosiyalara qapıldı. Onunla bu haqda söhbət edəcəyik”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.