Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
00:31
Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna qoşunları əks-hücum əməliyyatına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Ekonomist”in jurnalisti Oliver Kerroll X hesabında yazıb.
“Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, əsas logistik marşrutları bərpa etmək məqsədi ilə Pokrovsk bölgəsində cəsarətli əks-hücum aparılır”, - o yazıb.
Keroll həmçinin rusların nəzarəti altında olduğunu iddia etdiyi ərazilərə helikopterlərin eniş etdiyini əks etdirən video yayımlayıb.
***
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Pokrovskda təmizləmə əməliyyatı keçirir.
Bu barədə Ukraynanın Müdafiə Qüvvələrindəki mənbələr məlumat yayıb.
Bildirilir ki, əməliyyatda Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və aviasiyası iştirak edir:
"Hərbi kəşfiyyat təyyarələri şəhərin Rusiya komandanlığının nəzarəti altında hesab etdiyi ərazilərə daxil olub".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.