Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“World Population Review” təşkilatı dünyanın bir sıra ölkələrində insanların gündəlik yuxu rejimi ilə bağlı araşdırma aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun hesabatında qeyd olunub.
Bildirilib ki, yuxu fiziki və psixoloji sağlamlığın əsas amillərindən biri hesab olunur, lakin həyat tərzi, iş tempi və sosial-mədəni vərdişlər onun müddətinə birbaşa təsir göstərir.
Araşdırmaya əsasən, dünya üzrə orta yuxu müddəti 7 saat 4 dəqiqədir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, 7 saatdan az yatmaq ürək-damar xəstəlikləri, piylənmə, depressiya və immun sisteminin zəifləməsinə səbəb ola bilər.
Qeyd edək ki, ən uzun yuxu müddətinə malik ölkə Niderland olub. Belə ki, orada sakinlər orta hesabla 8 saat 1 dəqiqə yatır. Ardınca Finlandiya (8 saat), Avstraliya və Fransa (7 saat 9 dəqiqə), Yeni Zelandiya və Böyük Britaniya (7 saat 8 dəqiqə) gəlir. Türkiyədə isə bu nəticə 6 saat 35 dəqiqədir.
Ən az yatan ölkə isə Sudan göstərilib. Bu ölkədə insanlar orta hesabla cəmi 5 saat yatır. Bu ölkəni Səudiyyə Ərəbistanı 6 saat 5 dəqiqə ilə izləyir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.