BAKI, 01 noyabr. TELEQRAF
Belarus hökuməti Litva yük maşınlarının ölkə sərhədindən keçidini məhdudlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, bu addım Litva tərəfinin keçid məntəqələrini xəbərdarlıq etmədən dəfələrlə birtərəfli bağlamasına cavab olaraq atılıb.
“Qəbul edilən qərar Belarus və digər vicdanlı daşıyıcıların maraqlarını qorumağa yönəlib”, - hökumətin bəyanatında qeyd olunub.
Qeyd edək ki, daha əvvəl Vilnüsün qərarı ilə sərhədin bağlanması nəticəsində Belarusda təxminən 5 min Litva yük maşını ilişib qalmışdı.