AZ

Hakan Fidan Monteneqrolu həmkarı ilə görüşdü

BAKI, 01 noyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqronun baş nazir müavini və xarici işlər naziri Ervin İbrahimoviçlə İstanbulda görüş keçirib.

Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, Fidan görüş zamanı iki ölkə arasında əməkdaşlığın və dostluğun dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin Monteneqroda yaşayan türk vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının qorunması üçün bütün tədbirlərin görülməsini gözlədiklərini bildirib.

Seçilən
51
teleqraf.com

1Mənbələr