AZ

ABL: 5-citurun növbəti oyunları keçirildi

Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edib.

Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.

B qrupunda mübarizə aparan "Sərhədçi" isə "Sumqayıt"la üz-üzə gəlib. Matçda "gənclik şəhəri" təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ötən gün "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76. Tura noyabrın 2-də yekun vurulacaq.

Seçilən
13
5
fanat.az

6Mənbələr