AZ

KİV: Luvr oğrularının səhvləri polisə onları tapmağa kömək edib

BAKI, 01 noyabr. TELEQRAF

Fransanın Luvr muzeyində oğurluq edən şəxslərin buraxdığı “səhvlər” polisə onların izinə düşməyə imkan verib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazır.

Xəbərdə bildirilir ki, cinayətkarlar benzinlə dolu kanistr hazırlamışdılar ki, muzeyə girmək üçün istifadə etdikləri avtoqaldırıcı və avadanlıqları yandıra bilsinlər. Bu izləri məhv etmək məqsədi daşıyırdı, lakin polis yaxınlaşdığı üçün onlar avadanlıqları yandırmadan hadisə yerindən qaçıblar.

Hadisə yerindən 150-dən çox DNT və barmaq izi nümunəsi toplanıb. Bu da istintaqa mühüm dəlillər verib.

Xatırladaq ki, 19 oktyabrda dörd nəfərdən ibarət qrup Luvrdan imperator III Napoleon və həyat yoldaşı İmperatriça Evgeniyə məxsus doqquz qiymətli bəzək əşyasını oğurlamışdı.

Seçilən
31
teleqraf.com

1Mənbələr