Bir zamanlar “Beşiktaş”ın heyətində Çempionlar Liqasında meydana çıxan Orkan Çınar 29 yaşında yaşıl meydanlara vida edib.

Offsideplus.az xəbər verir ki, 2017-ci ildə “Beşiktaş”a transfer olunan, lakin həmin dövrdə az oyun şansı tapan futbolçu Şenol Güneşin verdiyi fürsətlə Çempionlar Liqasında forma geyinmişdi.

Karyerasının son illərini “Adanaspor”da keçirən Orkan Çınar indi isə fərqli bir sahədə fəaliyyət göstərir. O, Bursanın İnegöl şəhərində qardaşı ilə birlikdə dönər dükanı açıb.

Futbolçunun dükanında çəkilmiş fotoların sosial mediada paylaşılmasının ardından onun yeni peşəsi azarkeşlər arasında böyük maraq doğurub.