AZ

19 milyon pul bağışladı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Grammy və Oscar mükafatlı müğənni Billi Ayliş Nyu-Yorkda keçirilən “2025 Wall Street Journal Innovator Awards” gecəsindəki çıxışı ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, o mərasimdə sərvət sahiblərinə müraciət edərək, “əgər pulunuz varsa, onu yaxşı məqsədlər üçün istifadə edin” deyib və zənginləri empatiyaya çağırıb. Müğənni tədbirdə həmçinin 11,5 milyon dollar (təxminən 19.5 milyon AZN) məbləğində ianə edəcəyini açıqlayıb. O, bu addımı ilə gecənin ən çox alqışlanan şəxslərindən biri olub.

Bundan əlavə, Metropolitan İncəsənət Muzeyində baş tutan mərasimdə Ayliş “İlin musiqi yenilikçisi” mükafatına da layiq görülüb. O, çıxışında dünyadakı sosial bərabərsizliklərə diqqət çəkərək bildirib ki, bu gün empatiyaya hər zamankindən daha çox ehtiyac var.

Xatırladaq ki, gecədə “oyunun qaydalarını dəyişən” şəxslər arasında rejissor Spayk Li, aktyor Ben Stiller, model Heyli Biber, “Meta”nın qurucusu Mark Zukerberqin həyat yoldaşı, xeyriyyəçi Prisçilla Çen, eləcə də Mellodi Hobson və Corc Lukas kimi tanınmış adlar da mükafatlandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
2
qafqazinfo.az

3Mənbələr