ain.az bildirir, 525.az saytına əsaslanaraq.
2025-ci ildə Antalyaya gələn turistlərin sayı 16,2 milyona çatıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Aralıq dənizi Turistik Otelçilər və Operatorlar Dərnəyinin (AKTOB) İdarə Heyətinin sədri Kaan Kaşif Kavaloğlu bildirib.
Antalyaya birbaşa uçuşların sayının artmasının həm şəhərin, həm də Türkiyənin turizm sektorunu inkişaf etdirdiyinə diqqət çəkən Kavaloğlu deyib:
“Bazar müxtəlifliyi çox önəmlidir. Antalyaya gələn turistlərin sayı dünən 16,2 milyona çatdı. Siyahıda Rusiya, Almaniya və İngiltərə ilk üçlükdədir. İlin sonuna kimi bu rəqəmin 17-18 milyona qədər artacağı ehtimal edilir. Rusiya-Ukrayna müharibəsi başa çatarsa, bu rəqəm 21-22 milyonadək arta bilər”.
İbrahim Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.