AZ

80 yaşlı rekordçu: Nəvəsi yaşındakıların belə başa vura bilmədiyi yarışda çempion oldu

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Natali Qrabov adət etdiyimiz 80 yaşlı insanlara çox da bənzəmir. Birincisi, özü özünü daha gənc hiss edir. Üstəlik, nəvəsi yaşındakı idmançıların qatılmağa belə cəsarət edə bilmədiyi, dünyanın ən çətin yarışlarından biri olan İronman-da rekord qıracaq qədər də sağlam və enerjili biridir. Bəs Qrabovun bu yaşda belə sağlam və aktiv olmasının sirri nədir?

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatının Mountain Lakes şəhərində yaşayan Qrabov son günlərdə Havay adalarının Kona şəhərində keçirilən İronman Dünya Çempionatında iştirak edib. 80-84 yaş kateqoriyasında tək qadın yarışçı olan Qrabov bildirib:

"Başqa qadın yox idi, amma olsa da fərq etməzdi. Çünki mənim rəqibim xronometrə idi. Maneələri 17 saatdan az vaxtda başa vurmalısınız".

Qrabov yarışı 16 saat, 45 dəqiqə və 26 saniyəyə tamamlayıb və bu nəticə ilə dünyanın ən böyük uzun məsafəli triatlon yarışını başa vuran ən yaşlı qadın unvanını qazanıb.

"Business Insider"a açıqlamasında Qrabov qeyd edib ki, bu rekordu qırmaq böyük bir şərəfdir və xüsusilə ailəsini qürurlandırmaq onu çox xoşbəxt edir: "Yarışı başa vuranda 50 yaşlı qızım Ami mənə dediyi ilk söz məhz bu oldu - ailəni qürurlandırdın".

Həyatı boyunca rəqabətcil idmana marağı olduğunu da əlavə edən Qrabov deyib:

"Amma tələbəlik illərimdə qızlar üçün seçimlər çox məhdud idi. Bir çox qızın məktəbdəki idman tədbirlərində iştirakına icazə yox idi. O vaxtlar bu bizə əsəbilik vermirdi. "Belə gəlib belə gedər" deyə düşünürdük. Bədən tərbiyəsi dərslərinə və amigo komandalarına qoşula bilirdik. Basketbol və futbol oyunlarında amigoluk etməyə bayılırdım".

Universitet illərində də oxşar məhdudiyyətlərlə qarşılaşdığını deyən Qrabov qeyd edib: "Pennsylvaniada yerləşən Buknell Universitetində riyaziyyat təhsili aldım. Bütün vaxtımı dərslərə sərf etdim. Məktəbi bitirdikdən sonra tam vaxtlı proqramçı kimi işə başladım və bir xizək klubuna qoşuldum".

Hazırda 85 yaşında olan həyat yoldaşı Paul ilə evlənib qızları Cennifer (53) və Amini dünyaya gətirən Qrabov uşaqlardan qalan vaxtını tenis dərsləri almağa, fitness və step aerobik məşqlərinə sərf etməyə başlayıb. 40 yaşlarında iş həyatına geri dönən Qrabov bu dönəmdə qaçışla tanış olub. İş yoldaşları ilə nahar fasilələrində və ya işdən sonra 25–30 dəqiqə qaçıblar.

Qrabov içindəki rəqabət istəyi ilə mübarizə apara bilməyib. Buna görə 5K və 10K yarışlarına qatılmağa başlayıb. Vaxt keçdikcə nəticələri yaxşılaşıb və 52 yaşında təqaüdə çıxdıqdan sonra vaxtının əksər hissəsini yarış pistlərində keçirməyə başlayıb.

Triatlonlara qatılan bəzi dostları Qrabovu təşviq edib, "Gəl Natali, ən azından bir sprint triatlona qatıl" deyiblər. Lakin Qrabovun dostlarına etiraf edə bilmədiyi bir sirri var idi: üzməyi bilmirdi.

Ailəsinin maddi vəziyyəti səbəbindən Qrabov məktəbdə üzmə dərsləri ala bilməyib. 1940-cı illərdə xüsusi üzmə dərsləri nadir hallarda verilib. O dövrdə uşaqlar adətən velosipedlərində küçədə oynayırdılar. Qrabov bəzən üzmə hovuzlarına və dənizə gedib, amma başını suya soxmaq heç vaxt ağlına gəlməyib.

Amma 59 yaşında üzməyi öyrənməyə qərar verib. Üzmə texnikaları ilə bağlı kitab oxuyub, videolar izləyib hovuzdakı insanları izləyərək hərəkətləri yaddaşına yerləşdirməyə çalışıb. Ətrafındakılar Qrabovu ruhlandırıb tövsiyələr veriblər, o da yavaş-yavaş üzməyin sirlərini öyrənib.

Üzməyi öyrəndikdən sonra triatlon dünyasına daxil olub. Əvvəlcə triatlon velosipedi alıb evlərinin zirzəmisində məşqlərə başlayıb, sonra bir qrupa qoşularaq yol şərtlərinə uyğunlaşıb.

Əvvəlcə qısa məsafəli sprint triatlonlarla başlayan Qrabov zamanla 70,3 km-lik Ironman yarım marafonuna qatılmağa hazır olub. 61 yaşında Kona Uronman Dünya Çempionatına qatılmağa haqq qazandı; burada ilk dəfə okeanda üzüb ilk marafonunu tamamlayıb.

Bu təcrübənin çox yorucu, amma həm də çox həyəcanverici olduğunu deyən Qrabov bildirib: "3,8 km-lik üzmə mərhələsi ən güclü olduğum hissə deyildi. Amma xoşbəxtlikdən triatlonun ilk mərhələsi üzmə idi, buna görə çox yorulmamışdım. 180 km-lik velosiped mərhələsindən zövq aldım. Amma ən çətin hissə 42 km-lik marafon idi".

Qrabov Havayın isti və rütubətli havasının işləri daha da çətinləşdirdiyini qeyd edərək deyib: "Amma bu, yarışa qatılmağıma mane olmadı. Yarışdan əvvəl aylarla hazırlaşıram. Hər gün 2 saat idman zalında məşq edirəm".

Qidalanma sirlərini belə açıqlayıb: "Qidalanmam əsasən sağlam qidalardan ibarətdir. Müxtəlif tərəvəzlər, ət və süd məhsulları ilə qidalanıram. Amma yediklərimi heç bir şəkildə məhdudlaşdırmıram. Atlet olmaq insanı həmişə ac etdirir. İnsanlar mənim şirniyyatı çox sevdiyimi eşidəndə təəccüblənirlər. Xüsusilə tünd şokolada heyranam".

Ümumiyyətlə sağlam olduğunu da əlavə edib: "Keçmişdə bəzi kiçik zədələrim oldu, amma ciddi problem yaşamadım. Standart multivitaminlər qəbul edirəm, amma reçeteli dərman istifadə etmirəm. Triatlonlar həm zehnimə, həm də bədənimə faydalıdır. Yarış zamanı çox diqqətliyəm və finiş xəttini keçəndə böyük bir məmnunluq hiss edirəm. Sağlam məşqdən sonra hər dəfə bir az daha gücləndiyimi bilirəm. Yaşınız artdıqca sağlamlıq problemlərindən qaçmaq istəyirsinizsə, hərəkət həyatınızın ayrılmaz bir hissəsi olmalıdır".

11 oktyabr şənbə günü qatıldığı 2025 Kona İronman Dünya Çempionatını başa vurarkən əyləncəli anlar yaşadığını da deyib: "Finiş xəttindən əvvəl dik bir yamac var idi və sanırım xalça bir qədər yığılmışdı. Ayağım ilişdi, yelləndim və yıxıldım. O anda bütün kameralar məni çəkirdi".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
qaynarinfo.az

1Mənbələr