AZ

MÜSAİD-in Prezidenti: 500-ə yaxın tələbə bizim proqramla püxtələşib

BAKI, 01 noyabr. TELEQRAF

"Beynəlxalq əməkdaşlığı artırmaq məqsədilə bir çox proqramlar həyata keçirmişik. Bu proqramlar arasında Avrasiya Gənc İş Adamları Forumu ilk və önəmli təşəbbüslərimizdən biridir".

Bu sözləri Teleqraf-a açıqlamasında Gənc MÜSAİD Prezidenti Mağsum Usta deyib.

"Hazırda bizim “Gənc Ticarət Elçiləri” adlı layihəmiz fəaliyyət göstərir. Bu layihə çərçivəsində biz xarici tələbələrə Türkiyədə təhsil imkanı yaradır və onları ixtisaslaşdırırıq. Onların sırasında azərbaycanlı tələbələr də yer alır. Bu günə qədər 500-ə yaxın gənc bu proqram vasitəsilə yetişdirilib və onların fəaliyyəti nəticəsində təxminən 250 milyon dollarlıq ixracata töhfə verilib. Layihədə iştirak edən azərbaycanlı gənclər də bu uğurlu nəticələrin bir hissəsidir" - deyə, Mağsum Usta bildirib.

Onun sözlərinə görə, hazırda həmin gənclərin bir qismi öz şirkətlərini qurub, digərləri isə Türkiyənin müxtəlif şirkətlərində çalışaraq iqtisadi əlaqələrin güclənməsinə töhfə verirlər.
Bu, ölkələrimiz arasında uğurlu inteqrasiya və əməkdaşlığın bariz nümunəsidir.

Seçilən
28
teleqraf.com

1Mənbələr