GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Fövqəladə vəziyyət və ya müharibə şəraitində NATO qüvvələrinin Avropada sərbəst hərəkəti ciddi bürokratik əngəllərlə üzləşir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bəzi Avropa ölkələrində hərbi texnikanın sərhəddən keçməsi üçün tələb olunan icazə prosedurları 45 günədək davam edə bilər.
Məqalədə bildirilir ki, bu qədər uzun proses real təhdidlərə çevik cavab verməyi mümkünsüz edir.
“Sərhədlərarası hərəkətlər saatlarla olmasa da, günlər çəkməlidir”, – Litvalı Avropa Parlamentinin deputatı Petras Austrevicius bildirib.
Jurnalistlər yazır ki, hərbi texnikanın, məsələn, Portuqaliyadan Aİ-nin şərq sərhədinə daşınması üçün qoşunlar marşrut boyu hər bir ölkədən ayrıca diplomatik icazə almalıdır. Bu isə təcili müdaxilə zərurəti olan hallarda NATO-nun effektivliyini ciddi şəkildə azaldır.
Avropa Auditorlar Məhkəməsinin hesabatına əsasən, Aİ-də qəbul olunmuş standartlara görə bu icazə maksimum beş iş günü ərzində verilməlidir. Lakin bəzi ölkələr 45 günə qədər xəbərdarlıq tələb edərək, razılaşdırılmış müddətləri pozur.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.