Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xaçmazın Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb.
Qadının hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlu saxlanılıb.
Məlumata görə, yeniyetmə anasını qısqanclıq zəminində qətlə yetirib.
“Dedim Oruc nə edirsən? Eləmə! Əlində bıçaq girdi içəri birbaşa anasının qarnına sancdı.
Əlimə stol götürdüm ki, vurum, bıçaq əlindən düşsün. Sonra belinə düşdü, o da atdı bıçağı, çıxıb getdi. Hadisə telefon üstündə baş verib. Anası işlə bağlı danışırdı, deyirdi ki, briqadirsən niyə danışırsan? Təkid edirdi ki, danışmasın, telefonu versin, yoxsa sındıracaq”, - mərhumun qohumu bildirib.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ətraflı “Baku TV”nin videomaterialında:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.