Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanından İngiltərənin "Liverpul" klubunun ulduz oyunçusu Məhəmməd Salah üçün böyük təklif gəlib.
Oxu.Az xəbər verir ki, britaniyalı jurnalist Qrem Beyli Səudiyyə hakimiyyətinin Salaha 170+50 milyon avroluq müqavilə təklif etdiyini açıqlayıb.
Məlumata görə, təklifin əsas şərtləri aşağıdakılardır:
- İstənilən kluba transfer hüququ;
- İllik maaş 170 milyon avro + bonuslar;
- Turizm səfiri kimi xidmət (illik gəliri 50 milyon avrodan çox);
- Oynaycağı klubda pay almaq hüququ;
- Transferlərdə və baş məşqçi seçimində söz sahibi olmaq hüququ;
- Arzuladığı evlə və nəqliyyat vasitələri ilə təmin edilmək.
Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"dakı builki performansı diqqətəlayiqdir. 33 yaşlı ulduz cari mövsüm klubda 13 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.