AZ

“Verstappenin titul şansı çox azdır”

“Red Bull” komandasının motor idmanı üzrə məsləhətçisi Helmut Marko pilot Maks Verstappenin 2025 mövsümündə dünya çempionu olmaq imkanlarını dəyərləndirib.

90deqiqe.Az “GPBlog”a istinadən xəbər verir ki, Marko real vəziyyətin o qədər də optimist olmadığını bildirib:

“Əgər açıq danışsaq, titul qazanmaq şansı çox azdır. “Red Bull” hər yarışda ideal çıxış etməlidir. Bu o deməkdir ki, biz boliddən maksimum sürət sıxmalıyıq ki, Maks hücuma keçə bilsin.

Qarşıda dörd Qran-pri qalıb, bu müddətdə 116 xal qazanmaq mümkündür. Əminəm ki, Braziliya mərhələsi həlledici olacaq. “Maklaren” pilotlarını arxada saxlamağımız vacibdir, əks halda titul şanslarımız azalacaq” 

Təcrübəli funksioner bildirib ki, fərq böyük olsa da, “Red Bull”u digərlərindən fərqləndirən əsas üstünlük – motivasiyalı və peşəkar komanda, eləcə də Maks Verstappenin özüdür.

“36 xal – ciddi fərqdir, amma bizdə Maks var. O, inanılmaz dərəcədə istəkli və güclüdür. Bu isə bizim kiçik, amma real üstünlüyümüzdür” 

Seçilən
35
90deqiqe.az

1Mənbələr